 
                    Rəngdəki dizayn
B izim üçün rəng, cisimlərin xüsusiyyətlərini aydınlaşdırmağa, onlara daha yaxşı tərif verməyə imkan verən bir anlayışdır. Ətrafındakı cisimlərin rənglərini tək-tək düşünən insan həqiqətdə nə qədər təfərrüatlı bir rəng müxtəlifliyi ilə qarşı-qarşıya olduğunu asanlıqla görəcək. Canlı-cansız bütün cisimlərin bir rəngi vardır. Üstəlik, dünyanın hər yerində eyni növdəki canlılarda eyni rənglər vardır. Hara gedirsiz gedin qarpızın rəngi həmişə qırmızıdır, kivilər həmişə yaşıldır, dənizlər mavidir ya da mavinin çalarlarındadır, qar ağdır, limon sarıdır, fillərin rəngi dünyanın hər yerində eynidir, ağacların rəngi də eynidir heç dəyişməz. Süni olaraq əldə edilən rənglərdə də vəziyyət dəyişməz. Dünyanın harasına gedirsiz gedin sarı ilə qırmızını qarışdırsanız narıncı, qara ilə ağı qarışdırsanız boz rəngi əldə edərsiniz. Bu da heç vaxt dəyişməz. Məhz bu məqamda daha fərqli düşünməyə başlamaqda fayda vardır. Əvvəlcə cisimlərdəki rənglərin necə meydana gəldiyi sualını verərək düşünək. Bunu belə bir misalla açıqlaya bilərik. Bir mağazaya girdiyinizi və burada rəngarəng, növbənöv naxışlara və görünüşə sahib rəngləri bir-biriylə olduqca uyğun olan parçalarla qarşılaşdığınızı düşünün. Əlbəttə ki, bu parçalar bura təsadüfən gəlməmişdir: Şüurlu kəslər tərəfindən naxışları çəkilmiş, rəngləri hazırlanmış, zəruri rəngləmə əməliyyatları yerinə yetirilmiş və daha bir çox keçid mərhələdən keçdikdən sonra o mağazada sərgilənməyə başlamışlar. Bir sözlə, bu parçaların varlığı onları dizayn edən və hazırlayan kəslərin varlığından asılıdır. Siz də bunları gördüyünüzdə bunlar bura təsadüfən gəlmiş, parçaların üzərinə tökülən boyalar nəticəsində təsadüfən bu naxışlar meydana gəlmiş deməz. Hətta heç bir ağıl sahibi varlıq belə bir iddiada ola bilməz. Eyni şəkildə təbiətdə hər an gördüyümüz görünüşləri, kəpənəkləri, çiçəkləri, dəniz altındakı rəngarəng məkanları, ağacları, buludlarla örtülmüş səmanı və digərlərini də eynilə bu mükəmməl parçalar kimi qarşımıza gətirən şüur sahibi bir İradə vardır. Kainatdakı qüsursuz müxtəliflik xüsusi bir dizaynın nəticəsidir. Bu dizayn Günəşdən gələn işığın meydana gəlməsindən, bu işığın beynimizdə rəngli bir əsər görünüşü halını almasına qədər hər mərhələdə özünü göstərər. Bu da, rənglərdəki dizaynın bir sahibinin, yəni bir dizaynerin olduğunun ən böyük dəlillərindəndir. Əlbəttə ki, çox üstün bir ağıla və çox üstün bir yaratma gücünə sahib olan Allah kainatdakı bütün rəngləri və insanı heyran edən naxışları yaradır.
Rənglərin meydana gəlməsində baş verən mərhələlər daha əvvəl qısaca maddələr halında verilmişdi. Rəngdəki üstün dizayn bu hissədə işıq, beyin və göz ardıcıllığı ilə, fərqli başlıqlar altında araşdırılacaq.
 
                        1-İşıq, həyat və rəng
Günəş, kainatdakı orta ölçüdəki milyardlarla ulduzdan yalnız biridir. Günəşi bizim üçün kainatdakı ən əhəmiyyətli ulduz edən xüsusiyyətləri: Böyüklüyü, ətrafındakı planetlərlə olan əlaqəsi və saçdığı xüsusi şüalardır. Günəşin bu xüsusiyyətlərindən yalnız birinin belə hal-hazırda mövcud olan ölçülərində hər hansı bir fərq olsaydı yer üzündə həyat ola bilməzdi. Həqiqətən də Günəş, Dünyada canlı bir həyatın meydana gələ bilməsi və davam edə bilməsi üçün lazım olan ən ideal ölçülərə sahibdir. Məhz bu səbəblə də elm adamları Günəşi, yer üzündəki "həyat mənbəyi" olaraq xarakterizə edir.
Yer  üzünün ən uyğun şəkildə qızması və bitkilərin fotosintez edə bilməsi üçün tək mənbə  günəş işığıdır. Bilindiyi kimi canlı həyatının mövcud ola bilməsi üçün qızma və  fotosintez prosesinin olması zəruridir. Bundan başqa yer üzündə aydınlığın və rəngli  bir dünyanın meydana gəlməsi də yenə Günəşdən gələn şüalar sayəsində reallaşar.  Bu vəziyyətdə dünyanın ən əhəmiyyətli enerji mənbəyi olan bu şüaların necə  meydana gəldiyi sualı ağla gələcəkdir. Yer üzündəki canlı həyatının açarı  olaraq xarakterizə edilə biləcək bu şüaların, bu qədər əhəmiyyətli vəzifələri  yerinə yetirə bilməsi, bunun üçün lazımi xüsusiyyətlərin hamısına eyni anda  sahib olması təsadüflərin əsəri ola bilməz. Bunun səbəbi işığın quruluşu  araşdırıldığında daha yaxşı aydın olacaq.
Kosmosda  olan ulduzların yaydığı enerji kosmos boşluğunda dalğalar halında hərəkət edər.  Günəşdən də enerji olaraq yenə dalğalar halında həm işıq, həm də istilik gəlir.  Ulduzlardan yayılan bu enerjinin hərəkəti, bir gölün üzərinə atılan daşın suda  meydana gətirdiyi dalğalara oxşayır. Necə göldəki dalğaların müxtəlif uzunluqları  ola bilirsə, istilik və işıq yayılarkən də eyni şəkildə fərqli dalğa uzunluqları  olar.
                        Bu  məqamda kainatdakı işığın fərqli dalğa uzunluqları haqqında məlumat verməkdə  fayda vardır. Kainatda olan ulduzların və digər işıq mənbələrinin hamısı eyni  növdə işıq yaymazlar. Bu fərqli şüaların təsnifatı dalğa uzunluqlarına və tezliklərinə  görə aparılır. Kainatdakı bu fərqli dalğa uzunluqları çox geniş bir sahəyə yayılmışdır.  Məsələn ən qısa dalğa uzunluğu, ən uzun dalğa uzunluğundan tam 1025 qat  daha kiçikdir. (1025 rəqəmi 1 rəqəminin yanına 25 ədəd sıfır  qoyulmasıyla əldə edilən çox böyük bir rəqəmdir.)
                        Kainatdakı  1025 lik bir uzunluğa sahib olan şüa yelpiyinin içində, Günəşin  yaydığı şüaların hamısı çox dar bir hissəyə sıxışdırılmışdır. Günəşdən yayılan  fərqli dalğa uzunluqlarının 70%-i, uzunluğu 0,3 mikronla 1,5 mikron kimi çox  kiçik bir interval arasında dəyişir. Günəşin şüalarının niyə belə kiçik bir intervala  sıxışdırıldığını araşdırdığımızda isə qarşımıza maraqlı bir nəticə çıxar: Dünyadakı  canlı həyatı və rənglərin meydana gəlməsini dəstəkləyəcək olan şüalar, yalnız  bu intervalda olan şüalardır.
  “Energy  and the Atmosphere” adlı kitabında İngilis fiziki Yan Kempbell, bu üstün  dizaynı “inanılmaz dərəcədə təəccüblü” olaraq xarakterizə edərək bu məqama belə  diqqət çəkir:
                        Günəşdən  yayılan şüaların, Dünyadakı həyatı dəstəkləmək üçün lazım olan çox kiçik intervala  sıxışdırılmış olması həqiqətən çox fövqəladə bir vəziyyətdir. 
                        1025-lik  elektromaqnit diapazonda Günəşin əks etdirdiyi bu bir birimlik şüa intervalının  böyük bir qismi “görülə bilən şüa” olaraq adlandırılar. Bu vahiddən aşağı və yuxarı  intervalda olan şüalar da yer üzünə infraqırmızı və ultrabənövşəyi şüalar  olaraq çatır. Bir sözlə, bu iki şüa növünün xüsusiyyətlərini də araşdıraq.
                        İnfraqırmızı şüalar  istilik dalğaları olaraq yer üzünə çatarkən, ultrabənövşəyi şüalar yüksək  enerjili olub canlılar üzərində zərərli təsirlər əmələ gətirə bilirlər. İnfraqırmızı  şüalar atmosferdən keçərək, Dünyanı canlıların yaşaması üçün əlverişli hala gətirəcək  istiliyi təmin edərlər. Ultrabənövşəyi şüalar isə yalnız müəyyən bir nisbətdə  yer üzünə çata bilərlər. Bu miqdarın bir az daha çox olması vəziyyətində  canlıların toxumaları zərər görər və ölümlərə gətirib çıxarar. Az olması vəziyyətində  isə canlıların ehtiyacı olan enerji təmin edilə bilməz.
                        Bütün  bunlar canlı həyatı üçün olduqca əhəmiyyətli təfərrüatlardır. Günəşdən gələn  şüaların funksiyalarında da görüldüyü kimi dünyada mövcud olan hər sistemdə bir  nizam və nəzarət vardır. Nə qədər həssas bir tarazlığın olduğunu qısaca izah  etdiyimiz belə bir sistemin təsadüfən əmələ gəlməsi, əlbəttə ki, mümkün deyil.  Bu qüsursuz sistemin başqa bir funksiyasını daha araşdıraraq təsadüfən meydana  gəlməsinin qeyri-mümkün olduğunu bir daha görək.
2 - Yer üzünü bürüyən zireh: Atmosfer
                       Bəzi Günəş şüalarının canlılar üçün  zərərli ola biləcəyindən daha əvvəl bəhs etmişdik. Məhz bu zərərli təsirin yox  edilə bilməsi üçün bir çıxış yolu tapılmalıdır.
                      Bəzi Günəş şüalarının canlılar üçün  zərərli ola biləcəyindən daha əvvəl bəhs etmişdik. Məhz bu zərərli təsirin yox  edilə bilməsi üçün bir çıxış yolu tapılmalıdır.
Gəlin bu vəziyyətə hamımız birlikdə bir çıxış yolu tapmağa çalışaq və günəş şüalarını süzəcək qədər təsirli bir sistem planlamağa çalışaq. Ancaq bu sistemin bütün Dünyanı Günəşin zərərli təsirlərindən qoruyacaq, bunun daimi olmasını təmin edəcək, qulluq tələb etməyən, həmçinin kosmosdan gələ biləcək digər təhlükələri də dərhal yox edəcək, çox funksiyalı bir sistem olması lazım olduğunu unutmayaq. Bu vəziyyətdə, şübhəsiz ki, ağıla müxtəlif alternativlər gələcəkdir, layihələr hazırlanacaqdır. Lakin hazırlanan layihələrin heç biri hal-hazırda dünyada mövcud olan filtrli qoruma qədər çox funksiyalı və təsirli olmayacaq. Bu filtrli qoruma atmosferimizdir. Dünyanın atmosferi zərərli şüaları süzmə əməliyyatında 100% müvəffəqiyyətlidir və Dünyanın qorunması üçün Allah tərəfindən xüsusi olaraq dizayn edilmişdir.
Atmosferin xüsusi təbəqələri sayəsində bu şüalardan yalnız lazım olan miqdarı yer üzünə çatar. Çünki atmosfer Günəşdən gələn şüaların hamısını dalğa uzunluqlarına görə xüsusi əməliyyatlara məruz qoyar. Atmosferimiz bütün bu şüaları süzmək üçün dizayn edilmiş nəhəng bir təmizləmə müəssisəsi kimidir. Yer üzündə tək bir nümunəsi belə olmayan bu nəhəng təmizləmə sistemi, Allahın özünə vermiş olduğu xüsusi quruluşu sayəsində bu əməliyyatları yerinə yetirə bilir. Allah göylərin yaradılışına belə diqqət çəkir.
Əlbəttə göylərin ve yerin yaradılması, insanların yaradılmasından daha böyükdür. Ancaq insanların çoxu bilməz. (Mümin surəsi, 57)
Günəşdən gələn şüalar olduqca xüsusi şüalardır. Bu şüaların yer üzünə çata bilməsi üçün atmosferdən keçəcək xüsusiyyətlərə sahib olması da zəruridir. Eyni şəkildə atmosferin də bu şüaları keçirəcək bir quruluşa sahib olması zəruridir. Əks halda nə atmosferin varlığı, nə də şüaların quruluşunun uyğunluğu bir məna ifadə etməyəcək. Atmosferin şüaları keçirmə xüsusiyyəti sayəsində günəşdən gələn şüalar yer üzünə asanlıqla gəlib çatar. Yalnız burada üzərində dayanılması lazım olan çox əhəmiyyətli bir məqam vardır.
                        Atmosfer yalnız və yalnız canlı həyatı üçün  lazımi olan görülə bilən və yaxın infraqırmızı şüaları keçirərkən, həyat üçün  öldürücü olan digər şüaların keçməsinə qəti bir şəkildə maneçilik törədir. Beləcə  Günəşdən və Günəşdən kənar mənbələrdən yəni kosmosun digər yerlərindən Dünyaya gəlib  çatan zərərli şüalara qarşı Dünyanın atmosferi çox əhəmiyyətli bir “süzgəc” əmələ  gətirir.5 Məşhur astronom Maykl Denton bu həqiqəti belə ifadə etmişdir:
                        Atmosfer qazları, görünən və yaxın infraqırmızı şüalardan  başqa demək olar ki, yerdə qalan digər bütün şüaları isə çox güclü bir şəkildə  udarlar. Diqqət yetirilsə, atmosferin, elektromaqnit yelpiyin çox geniş  alternativləri içində, keçişinə izn verdiyi yeganə şüalar, görünən şüalar və  yaxın infraqırmızı şüalardan ibarət olan kiçik bir intervaldır. Demək olar ki,  qamma, ultrabənövşəyi və mikro dalğalı şüalar Dünya səthinə çatmaz.6
Göründüyü kimi atmosferin quruluşunda da çox üstün bir dizayn vardır. Günəş 1025 də 1 ehtimalın arasından yalnız bizə faydalı olan və rəngli bir Dünyanı meydana gətirəcək olan şüaları göndərir, atmosfer də onsuz da yalnız bu şüaların yer üzünə keçişinə izn verir. Bundan başqa atmosferdəki qazların xüsusiyyətləri sayəsində günəş şüaları ilə birbaşa əlaqə halında olan canlı gözləri də təhlükələrə qarşı qorunmuş olar. Bütün bu xüsusiyyətlər Allahın hər şeyi müəyyən bir ölçüylə yaratdığının dəlilləridir.
Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi
3 - Maddəyə dəyən işıq
                       Günəşdən gələn işıq saniyədə 300 000 km  kimi müdhiş bir sürətlə hərəkət edərək Dünyaya gəlib çatır. İşığın bu sürəti  sayəsində hər an rəngli bir dünya ilə qarşılaşarıq. Bəs bu daimi görünüş necə əmələ  gəlir?
                      Günəşdən gələn işıq saniyədə 300 000 km  kimi müdhiş bir sürətlə hərəkət edərək Dünyaya gəlib çatır. İşığın bu sürəti  sayəsində hər an rəngli bir dünya ilə qarşılaşarıq. Bəs bu daimi görünüş necə əmələ  gəlir?
Atmosferi keçərək müdhiş bir sürətlə yer üzünə gəlib çatan işıq yer üzündəki maddələrə dəyir. İşıq, bu sürətlə maddəyə dəydiyində atomları ilə qarşılıqlı təsirə girərək rəngləri meydana gətirəcək dalğa uzunluqlarına ayrılar. Beləcə əlinizdə tutduğunuz kitab, kitabın sətirləri, şəkilləri, çölə baxdığınızda gördüyünüz mənzərə, ağaclar, binalar, avtomobillər, səma, quşlar, pişiklər, bir sözlə, gözün gördüyü hər şey rənglərini əks etdirə bilirlər.
Bu rənglərin əks olunmasını təmin edən molekullar piqmentlərdir. Yəni hər maddənin əks etdirdiyi rəng, tərkibində olan piqment molekullarından asılıdır. Hər piqment molekulunun atom xüsusiyyətləri fərqlidir. Yəni bu molekullardakı atomların sayı, növü və düzülüşləri fərqlidir. Bir-birlərindən bu şəkildə fərqlənən piqmentlərə dəyən işıq, fərqli rəng çalarlarının əks olunmasına səbəb olar. Amma rəng anlayışının meydana gəlməsi üçün bu da kifayət etmir. Əks olunan və müəyyən bir rəng xüsusiyyətini daşıyan işığın, qəbul edilməsi və görülməsi üçün özünü qəbul edəcək bir göz sisteminə çatması lazımdır.
                      
4- Gözə gələn işıq
Maddələrin əks etdirdikləri şüalar rəng olaraq qəbul  edilmək üçün gözə çatmalıdırlar. Gözün varlığı tək başına kifayət etmir. Şüalar  gözdən sonra da, gözlə uyğunluq içində fəaliyyət göstərən bir beyinə  çatmalıdır.
                        Ən yaxın nümunə olan öz gözümüzü və beynimizi düşünək.  İnsan gözü bir çox fərqli orqanoid və hissədən meydana gəlmiş, olduqca mürəkkəb  bir quruluşa malikdir. Bütün bunların eyni anda və uyğunluq içində işləməsi sayəsində  görərik və rəngləri başa düşərik. Göz, gözyaşı vəziləriylə, buynuz qişasıyla, konyunktivlə,  quzehli qişa və göz bəbəyi ilə, göz linzaları ilə, torlu qişasıyla, koroidiylə,  göz əzələləri və göz qapaqları kimi toxuma və orqanoidləriylə bənzərsiz bir  sistemdir. Bunlarla yanaşı beyinlə əlaqəsini təmin edən möhtəşəm sinir şəbəkəsi  və olduqca mürəkkəb olan görmə sahəsiylə birlikdə bütöv bir halda qətiyyən təsadüfən  əmələ gəlməyəcək çox xüsusi bir quruluşa malikdir.
                          Gözü qısaca tanıtdıqdan sonra görmə hadisəsinin necə  baş verdiyinə də bir nəzər salaq. Gözə gələn işıq şüaları əvvəlcə buynuz  qişadan, sonra göz bəbəyindən, sonra da linzadan keçərək torlu qişaya çatar.
                          Rəngin qəbul edilməsi torlu qişadakı konus hüceyrələrində  başlayar. İşığın müəyyən rənglərinə güclü şəkildə reaksiya verən üç əsas konus  hüceyrə qrupu vardır. Bunlar mavi, yaşıl və qırmızı konus olaraq təsnif edilərlər.  Konus hüceyrələrinin reaksiya verdiyi qırmızı, mavi və yaşıl: Təbiətdə olan üç əsas  rəngdir. Məhz bu üç rəngə həssas olan konus hüceyrələrinin fərqli dərəcələrdə xəbərdar  edilmələri nəticəsində milyonlarla fərqli rəng tonu ortaya çıxar.
                          Konus hüceyrələri qəbul etdikləri bu rəng məlumatlarını,  sahib olduqları piqmentlər sayəsində elektrik siqnallarına çevirirlər. Bu  hüceyrələrə bağlı olan sinir hüceyrələri də elektrik siqnallarını beyindəki  xüsusi bir bölgəyə çatdırarlar. Məhz həyatımız boyu gördüyümüz rəngarəng  Dünyamızın meydana gəldiyi yer beyindəki bu bir neçə santimetrlik bölgədir.
5- Qaranlıq beynimizdəki rəngli dünya
Rənglərin meydana gəlməsinin son mərhələsi beyində reallaşır. Əvvəlki hissədə ifadə etdiyimiz kimi gözdəki sinir hüceyrələri elektrik siqnalına çevrilən görüntüləri beyinə ötürür və xarici aləmdə gördüyümüz hər şey beyindəki görmə mərkəzində qavranılır. Ancaq bu məqamda qarşımıza təəccüblü bir həqiqət çıxır: Beyin bir ət parçasıdır və içi qaranlıqdır. İçi qapqaranlıq olan beynimizdə cisimlərdən gələn elektrik siqnalları müəyyən edilir və cisimlər, cisimlərin rəngləri və digər bütün xüsusiyyətləri hisslər şəklində yaranır. Burada üzərində əhəmiyyətlə dayanılmalı məqam, şübhəsiz ki, bir ət parçasında bu qəbul etmə əməliyyatının necə olub da reallaşdığı sualıdır.
                            Xüsusilə rənglərin müəyyən edilməsində bir çox sual  işarəsi mövcuddur. Elektrik siqnallarının görmə sinirləri vasitəsilə beyinə necə  çatdırıldığı və beyində nə kimi fizioloji təsir yaratdığı suallarına rəng alimləri  hələ də cavab verə bilmirlər. Bildikləri yalnız rənglərin bir həqiqət kimi hiss  edilməsinin içimizdə, yəni beynimizdəki görmə mərkəzində baş verdiyidir.  (Ətraflı məlumat üçün baxın, maddənin  arxasındakı sirr hissəsi)
                            Əslində beyinin həyata keçirdiyi əməliyyatların çox  böyük bir hissəsi hələ də tam olaraq aydınlaşdırıla bilməmişdir. Bu mövzuyla əlaqədar  olaraq edilən şərhlər yalnız nəzəriyyələrə əsaslanır. Halbuki, beyin, insan ilk  yarandığından bəri bütün funksiyalarını eyni bugünkü kimi əskiksiz bir şəkildə  yerinə yetirir. İnsanların təxminən bir kiloqramlıq ağırlığa sahib, qaranlıq  bir ət parçasının içində rəngləriylə, şəkilləriylə, səsləriylə, qoxularıyla və  dadlarıyla üçölçülü bir dünya yaşaması, Allahın qüsursuz yaratması sayəsindədir.  Hər insan doğulduğunda bu bənzərsiz yaradılış möcüzəsini hazır olaraq tapar. İnsanın,  nə bu funksiyalarının ortaya çıxmasına, nə bunların davamlılığına, nə də başqa  bir mərhələyə hər hansı bir şəkildə nəzarət etməsindən söhbət gedə bilməz.
                            Rəbbimiz Quranda belə buyurmuşdur:
De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 40-41)
 
                           
                         
                         
                           
                         
                        